Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "AIESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən "FireFlies" turizm layihəsi həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində Azərbaycana 14 ölkədən 19 xarici tələbə dəvət edilib.
Türkiyə, Polşa, İsveçrə, İspaniya, İtaliya, Yunanıstan, Tailand, Ukrayna, Qazaxıstan, İndoneziya, Çin, Moldova, Macarıstan və Misirdən gəlmiş könüllülər ölkəmizin dilbər guşələri, tarix-mədəniyyət abidələri, adət-ənənəsi və zəngin mətbəxi ilə yaxından tanış olaraq öz fikir və təəssüratlarını layihə üçün nəzərdə tutulmuş bloqda yerləşdirəcəklər.
"Park Bulvar" ticarət və əyləncə mərkəzində keçirilən "Mədəni axşam" adlı tədbirdə "Fireflies" turizm layihəsinin birinci mərhələsinə yekun vurulub və layihə iştirakçıları sertifikatlarla təltif olunub.
Layihənin ikinci mərhələsi avqust ayında həyata keçiriləcək. Ölkəmizə qonaq gələn xarici tələbələrin Azərbaycan ailələrində yaşayışla təmin olunması nəzərdə tutulub. Bu tipli tədbirlər gənclər arasında mədəni körpülərin qurulmasına, ölkəmizin dünyada tanıdılmasına və turizm potensialının nümayişinə öz töhfəsini verəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar