Mütəxəssis bunu xüsusilə turizm və hotelçilik ixtisası üzrə vacib sayır

Azərbaycan Turizm və Menecment Universiteti turizm sahəsi üzrə təhsil alan tələbələr üçün təcrübə müddətinin artırılması imkanlarını nəzərdən keçirir. ATMU-nun keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayevanın sözlərinə görə, hazırda tələbələr üçün təcrübə müddəti 6 aydır. Bu təcrübə tələbələr III kursda oxuyarkən - 6-cı semestrdə olur. Həmin müddətdə tələbələr tədrisdən tamamilə ayrılaraq təcrübə yerlərinə gedirlər: «Amma biz istərdik ki, təcrübə müddəti tələbələrin bakalavriat səviyyəsində oxuduqları 4 ilin 3 ilini əhatə etsin. Ya bir həftə dərs, bir həftə təcrübə olsun, ya da günün birinci yarısı dərs, ikinci yarısı təcrübə olsun. Düşünürük ki, gələcəkdə belə bir təkliflə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edək».
N.Abdullayevanın sözlərinə görə, hazırda turizm sahəsi üzrə təhsil alan tələbələrin praktik dərslərdə - təcrübədə daha çox olmasına qanunvericilik imkan vermir: “Qanunvericilikdə təcrübə müddətinin bu qədər olması ilə bağlı məsələ yoxdur. Amma biz istərdik ki, sırf turizm, hotelçilik ixtisası üzrə təhsil alan tələbələrin tədrisi o cür təşkil olunsun”.
Şöbə müdiri onu da qeyd etdi ki, turizm sahəsi üzrə ali təhsil almış məzunların 90 faizindən çoxu elə bu sahədə çalışmağa üstünlük verir. Bu, turizm sahəsi üzrə kadr hazırlığı səviyyəsinin qənaətbəxş olduğunu göstərir. Tələbələrin əksəriyyəti təcrübə keçdikləri yerdə işlə təmin olunur. 6 il ərzində tədris ocağından 1312 nəfər məzun olub, o cümlədən 100 nəfərdən çox tələbə eyni zamanda Avstriyanın Krems Universitetinin də diplomunu alıb.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar