2015-ci ilin 2-ci rübündə Türkiyənin turizmdən gəliri ötən ilin analoji dövrü ilə müqayisədə ciddi şəkildə azalıb. Türkiyə Statistika İnstitutunun məlumatına görə, bu ilin 2-ci rübündə ölkənin turizmdən gəliri 13,8 faiz azalaraq 7,733 milyard dollar təşkil edib. Məlumatda qeyd edilir ki, bu gəlirin 5,95 milyard dolları əcnəbi turistlərin, 1,7 milyard dolları isə xaricdə yaşayan Türkiyə vətəndaşlarının payına düşüb.