Aparılan təhlillər göstərir ki, Azərbaycanda hotellər qiymət siyasətində turizm şirkətlərinə az güzəştə gedirlər, bəzən isə, ümumiyyətlə, güzəştə getmirlər.
Azərbaycan Turizm Assosiasiyası (AZTA) idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, dünya praktikasında hotellər turizm şirkətlərinə bir qayda olaraq güzəşt edirlər. Bu isə turizm şirkətlərinin qiymət siyasətinə əsaslı şəkildə müsbət təsir göstərir.
M.Ağakərimov deyir ki, turizm şirkətindən turpaket alan turist mehmanxanaya getdiyi zaman özü həmin qiymətə otaq nömrəsi ala bilmir. Amma turizm şirkəti vasitəsilə yeri güzəştli şərtlərlə ala bilir. Bu, turizm şirkətləri və hotellər arasında əməkdaşlıq müqavilələrinin bağlanması və həyata keçirilən düzgün qiymət siyasətinin nəticəsində mümkün olur.
AZTA rəsmisi bildirir ki, Azərbaycanda da qiymət siyasətini düzgün həyata keçirmək üçün turizm şirkətləri ilə hotellərin birgə əməkdaşlığı lazımdır. Onun sözlərinə görə, AZTA turizm şirkətləri və hotellər arasında olan bu mahiyyətli problemləri həll etmək məqsədilə yaxın vaxtlarda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə toplantı keçirməyi və həmin məsələləri birlikdə müzakirə etməyi planlaşdırır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar