“National Geographic Traveler” jurnalının saytında “Azərbaycan macəraları: Görmədiyimiz doğma yerlər” adlı məqalə yayılıb.
Məqalənin müəllifi Nilufər Venkatraman Azərbaycana səfəri zamanı Bakının gözəlliyinə heyran qaldığını, ölkəmizdə turizmin inkişafının şahidi olduğunu yazır. Qeyd edir ki, hava limanından şəhərə doğru hərəkət etdikcə müasirliklə qədimliyin vəhdəti insanda təkrarolunmaz hisslər oyadır.
Müəllif Bakını müasir geyimli, gülərüz və qonaqpərvər insanlar şəhəri kimi səciyyələndirir, Azərbaycanda olduğu müddətdə daddığı milli mətbəx nümunələrinin adlarını qeyd edir.
N.Venkatraman Bakıda olarkən insanın özünü daim Qərblə Şərqi birləşdirən bir körpüdə hiss etdiyini bildirir. Müəllif Bakının onda unudulmaz təəssüratlar yaratdığını xüsusilə vurğulayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar