Avqustun 5-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşüb. Rektor qonağa tədris ocağının fəaliyyəti, xarici əlaqələri barədə məlumat verib, universitetdə keyfiyyətli kadr hazırlığına böyük önəm verildiyini diplomatın diqqətinə çatdırıb. C.Cəfərov həmçinin ikili diplom proqramı və təhsil-tədris-təcrübə-tədqiqat modelinin faydalarından söz açıb. Bildirilib ki, ATMU xarici ölkələrin nüfuzlu universitetləri və müvafiq təşkilatları ilə əlaqələrin daha da genişlənməsinə hər zaman hazırdır.
Görüşdə müvafiq qurumlarla ikitərəfli əməkdaşlığın perspektivləri kontekstində ATMU-da təhsil alan tələbələr üçün Küveyt Dövlətinin hotellərində təcrübə semestrinin təşkili məsələsinə də toxunulub.
Küveytli diplomat səmimi qarşılandığı üçün razılığını bildirib və universitetə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar