«Şahdağ» Turizm Mərkəzinə ailəmlə birlikdə gəlmişəm. Demək olar ki, bütün həftəsonlarını burada keçiririk. Qışda xizək sürmək, yayda isə əsrarəngiz təbiətdən zövq almaq, təmiz hava qəbul etmək, dincəlmək üçün bu istirahət mərkəzində əla şərait yaradılıb».
Bu sözləri «Şahdağ»da ailəsi ilə birlikdə dincələn avstriyalı turist Henrik Peterssen söyləyib. Avstriyanın paytaxtı Vyana şəhərində yaşayan H.Peterssen işi ilə əlaqədar Bakıya köçüb. O, Azərbaycanın bir çox səfalı məkanlarında olub. Qusarda yerləşən turizm mərkəzi onun daha çox xoşuna gəlib. Avstriyalı qonaq ölkəsində qış turizminin inkişaf etdiyini, hər kəsin xizək sürməyi və başqa qış idman növlərini sevdiyini deyib. Bildirib ki, məhz bu səbəbdən qış aylarında «Şahdağ» Turizm Mərkəzinə gəlib xizək sürməyi çox xoşlayır: «Buradakı şərait, qiymətlər və turistlərə göstərilən xidmətin səviyyəsi mənim və ailə üzvlərimin ürəyincədir. Bu istirahət məkanındakı şəraiti Avstriyadakı qış turizm mərkəzləri ilə müqayisə etmək olar. Burada yay turizmi üçün də ideal şərait var. Məhz buna görə də üç ildir ki, ailəmlə burada dincəlməyə gəlirəm».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar