Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə təmsil olunur. Sentyabr ayında nazirliyin Yaponiya və Fransada keçiriləcək beynəlxalq turizm sərgilərində iştirakı nəzərdə tutulub.
24-27 sentyabr tarixində Tokio şəhərində keçiriləcək "JATA 2015" və 29 sentyabr - 2 oktyabr tarixlərində Parisdə gerçəkləşəcək "Top Resa 2015" beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. Hər iki tədbirə yerli turizm şirkətləri və mehmanxanaların təmsilçiləri də qatılacaqlar.
Adıçəkilən sərgilərdə respublikamızın turizm imkanlarını əks etdirən stendlər qurulacaq. Stendlərimiz ziyarətçi və iştirakçılara paylanmaq üçün müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar