Turizm potensialı yüksək olan İsmayıllı rayonunda Turizm İnformasiya Mərkəzi yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində açılan mərkəz bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərəcək. Mərkəz, habelə informasiya texnologiyaları vasitəsilə bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq.
Baş Qafqaz dağ silsiləsinin cənub yamacında yerləşən İsmayıllının ərazisi dağlıqdır. Ərazidən Girdiman, Ax-Ox və Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr mövcuddur. Tircan kəndində "Bədo" adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyətli sular var.
Rayon ərazisində turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub.
Dövlət qayğısı bölgədə turizmin inkişafında mühüm rol oynayır. Hazırda İsmayıllıda 22 hotel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Yaradılan şərait son illər turistlərin sayının artmasına səbəb olub. 2015-ci ilin birinci yarısında bölgəyə 21 min turist gəlib. Onların 25-30 faizi xarici turistlərdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar