Ukraynada fəaliyyət göstərən Qafqaz Xalqları Konqresinin təşəbbüsü ilə Rusiya, Ukrayna və İsraildən bir qrup turist Azərbaycanın dilbər guşələrindən olan Qax rayonuna səyahət edib.
Qonaqlar üç gün müddətində rayonun tarixi məkanları, qədim memarlıq abidələri, muzeyləri, istirahət guşələri ilə tanış olub, Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinə baş çəkib, rayonun görməli yerlərini gəziblər.
Konqresin sədri Paşa Məmmədov bildirib ki, bu səyahət diaspor təşkilatının təşəbbüsü ilə ölkəmizin tanıdılması istiqamətində atılan ilk addımdır. Əsas məqsəd Azərbaycanın bölgələrini, o cümlədən də Qax rayonunun turizm potensialını təbliğ və nümayiş etdirməkdir. Diaspor təşkilatının sədri layihənin turizm mövsümü başa çatanadək davam etdiriləcəyini deyib.
Qaxın tarixi məkanları ilə tanışlıqdan məmnun qaldıqlarını vurğulayan xarici qonaqlar Azərbaycanın paytaxtı Bakı şəhəri ilə yanaşı, bölgələrinin də çox gözəl olduğunu, bu yerlərə gələcəkdə də səfər etmək istədiklərini diqqətə çatdırıblar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar