Türkiyə hökuməti Rusiyadan turist axınının azalmasını diqqətə alaraq bu ölkədən çarter reyslərini təşviq etmək niyyətindədir. Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib ki, Türkiyə hökuməti turizm şirkətlərinin çarter reyslərinin təşkilinə sərf etdikləri xərclərin bir qismini kompensasiya edəcək.
Rusiya Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübünün yekunlarına əsasən, Rusiyadan Türkiyəyə turist axını 30 faiz azalıb.
İ.Tyurina qeyd edib ki, sentyabrın 15-dən noyabrın 30-dək hökumət hər çarter reysə görə Rusiya turoperatorlarına 6 min dollar ödəyəcək.
İ.Tyurina Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin qərarına istinadən bildirib ki, analoji tədbirlər bu ilin aprel-may aylarında da həyata keçirilib.
Türkiyə hökuməti subsidiyalaşmanı bərpa etməklə Rusiyadan turist axınının azalmasını ilin yekunlarına görə 10 faiz səviyyəsində saxlamaq niyyətindədir. “Daily Sabah” Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikə istinadən bildirir ki, dövlət dəstəyi Rusiya şirkətləri ilə yanaşı, MDB və İran turizm şirkətlərinə də göstəriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar