Yevlax şəhərində Kür çayının sahilində inşa edilən bulvar kompleksi sakinlərin ən sevimli istirahət guşəsinə çevrilib.
Ərazisi 8 hektardan çox, uzunluğu 2500 metr olan kompleksin bir hissəsi estakadalarda Kür çayının üzərindədir. Bulvar kompleksində inşa edilən fəvvarə və şəlalələr bura gələnlərin zövqünü oxşayır. Ərazidə xidmət obyektləri, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, karusellər, idman meydançaları yaradılıb, çimərlik salınıb.
Yevlax sakinləri bulvar kompleksində əsasən axşam saatlarında istirahət edirlər. Vətəndaşların gözəl istirahəti üçün burada hər axşam konsert proqramları, Kür çayında kater gəzintisi təşkil edilir.
Sakinlər yaradılan şəraitdən razılıq edirlər. Uşaqlar əyləncə qurğularında oynayır, şənlənirlər. Yaşlılar isə Kürün mənzərəsindən zövq alır, fəvvarənin sərinliyi istirahəti daha xoş edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar