2015-ci ilin sonuna kimi, ölkəmizdə 11 beynəlxalq sərgi keçirəcək. Beynəlxalq sərgi və konfransların təşkilatçısı “Iteca Caspian” şirkətindən verilən məlumata görə, payız mövsümünün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək.

18-20 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan beynəlxalq “Səhiyyə” (“BIHE 2015”), 10-cu Azərbaycan beynəlxalq “Stomatologiya” və 9-cu

Azərbaycan beynəlxalq “Gözəllik və estetik tibb” sərgiləri keçiriləcək.

Sərgi meydançasında xarici istehsalçılarla yanaşı, dünyanın aparıcı istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların yerli distribyutorları da iştirak

edəcəklər. Sərgi tibbi turizm sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri sərgidə birgə milli stendlə çıxış edəcək. Sərgidə həmçinin xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il sərginin tibbi turizm sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.