“Şəfəq” Ekoturizm İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Kənd turizminin inkişafında bələdiyyə və yerli əhalinin fəallığının artırılması tədbirlərinin təşkili" layihəsi başa çatıb.
Qurumun sədri Vamiq Babayev bildirib ki, layihə çərçivəsində Astara, Lerik, Yardımlı və Lənkəran rayonlarında ümumilikdə 8 bələdiyyə ərazisində kənd turizmi istiqamətində məlumatlandırma tədbirləri keçirilib. Rayon icra hakimiyyətlərinin köməyi ilə təşkil olunan tədbirlərdə 180-dən çox sakin, eləcə də bələdiyyə üzvləri və sahibkarlar iştirak ediblər.
Sonrakı mərhələdə “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusupov tərəfindən Lerik rayonunda üçgünlük təlim və təcrübə proqramı keçirilib, iştirakçılara sertifikatlar verilib.
Layihənin davamlılığını təmin etmək üçün bu rayonlarda kənd turizmi sahəsində fəaliyyət göstərən bir sıra evlər haqqında məlumat bazası hazırlanaraq www.southtourism.az saytında “Evlər” menyusunda yerləşdirilib.
Layihənin məqsədi cənub regionunda bələdiyyələrin və əhalinin fəallığını artırmaqla kənd turizminin inkişafına dəstək olmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar