Ağsu şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində yekun təlim-seminar keçirilib.
Ağsu şəhər 1 saylı məktəb-liseydə keçirilən təlim-seminarda qurumun sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək layihənin əhəmiyyəti və görülən işlər barədə danışıb, Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksi, Şıxməzid və hazırda arxeoloji qazıntıların davam etdirildiyi Mehrəvan qalası haqqında ətraflı məlumat verərək bu abidələrin turizm perspektivlərini diqqətə çatdırıb.
Tədbirdə layihə çərçivəsində 100 obyekt üzrə 135 respondent arasında keçirilən sorğuların nəticələri açıqlanıb.
GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin sədri Gülnarə Səlimova, fiziki imkanları məhdud insanların problemlərini işıqlandıran “Arabaçı” internet televiziyasının rəhbəri İlham Məhərrəmov belə insanların cəmiyyətə inteqrasiyasında inklüziv turizmin əhəmiyyətindən, bu sahədə maarifləndirmənin vacibliyindən danışıblar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Ağasəlim Əzizov Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinin inklüziv turizm planını təqdim edib.
Seminar-təlimin sonuncu günü Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksində İsmayıllı rayon Ailə və Uşaq Mərkəzi, Şamaxı şəhər Psixonevroloji Xəstəxanası və GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin üzvləri üçün inklüziv tur keçirilib.
İlham Tumasın təqdimatında “Ağsu xəzinəsinin sirri” filminə birgə baxışdan sonra İsmayıllı rayon Ailə və Uşaq Mərkəzini təmsil edən uşaqlar Cümə məscidinin qarşısındakı meydanda arxeoloji qazıntılarda iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar