Ali məktəblərə 2014/2015-ci tədris ili üçün bakalavr pilləsi üzrə sənəd qəbulu artıq yekunlaşmaqdadır. Azərbaycan Turizm və Menecment Universitetində builki qəbul planı aparıcı ixtisaslarda dolub.
Qəzetimizə açıqlama verən ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki, bu il üçün nəzərdə tutulan 480 nəfərlik plan yeri abituriyentlər tərəfindən seçilib. Prorektor bu il təhsil müəssisəsində ötən illə müqayisədə qəbul sayının artmasının səbəbini yeni ixtisasların açılması ilə izah etdi. Onun sözlərinə görə, maliyyə, biznes idarəçiliyi, sosial iş ixtisaslarına bu il ilk dəfə qəbul həyata keçirilməsinə baxmayaraq, bu ixtisaslar üzrə də plan yeri dolub.
Eldar Aslanov universitetdə Azərbaycan bölməsi üzrə boş yerin olmadığını deyərək, təəssüflə qeyd etdi ki, bunu rus bölməsi haqqında söyləmək mümkün deyil: «ATMU-da bu il bir sıra ixtisaslar üzrə, o cümlədən muzeyşünaslıq, turizm və hotelçiliyin rus bölməsi üzrə qəbul genişləndirilib, tərcümə ixtisasının rus bölməsi yaradılıb. Amma plan yerləri hələ dolmayıb. Bu da hesab edirəm ki, hazırda ölkədə orta məktəblərin rus bölməsində təhsilə marağın zəifləməsi ilə bağlıdır».
Bu il digər ali məktəblərin, o cümlədən Bakı Dövlət, Dövlət İqtisad, Naxçıvan Dövlət universitetlərinin turizm ixtisaslarına qəbul sayı artırılıb, eyni zamanda Kooperasiya, Qərb universitetlərində turizm ixtisası açılıb. Bunu Azərbaycanda turizm təhsilində rəqabətin artması kimi qiymətləndirən Eldar Aslanov 2015-ci ildə ATMU-ya qəbul edilənlər arasında 600-dən çox bal toplayanların sayının artdığını da söylədi: «Belə tələbələrimizin sayı 10-dan çoxdur. Belə tələbələr tərcümə, turizm və hotelçilik ixisaslarını seçənlərdir. Bundan əlavə, sosial iş, muzeyşünaslıq, menecment, marketinq ixtisaslarında orta bal 500-dür».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar