Dünya turizmində 2015-ci ilin sonunadək 3-4 faiz artım qeydə alınacağı, 2020-ci ilədək isə illik ortalama artımın 3,8 faiz olacağı təxmin edilir. Ayrı-ayrı ölkələr güclü rəqabətin hökm sürdüyü bu sahədə müxtəlif təşviqedici addımlar atırlar.
Turizmin inkişafında vergi güzəşti ilə bağlı layihələrdən biri Türkiyədə reallaşacaq. Ölkənin iqtisadiyyat naziri Nihat Zeybekci Çeşmə, Bodrum, Didim, Mərmərə və Antalyanın qərbində, zəngin turistləri cəlb etmək üçün içərisində hotellər, əyləncə məkanları və alış-veriş məkanları olan, sərbəst turizm bölgələrinin yaradılacağını bildirib. Nazir Egey və Aralıq dənizi sahillərində tətbiq olunacaq yeni layihə ilə turizm və sərbəst ticarət bölgələri quracaqlarını və bu bölgələrin ölkə üçün önəmli cazibə nöqtəsi olacağını deyib.
Sözügedən bölgələr Egey və Aralıq dənizində «hərəkətli turizm» adlanan, yaxta və gəmi turizmi üçün imkanlar yaradacaq ki, bu, daxilə qapalı, xaricə açıq turizm bölgələri olacaq. Qeyd edək ki, buna bənzər layihə Yunanıstanda olsa da, bəzi fərqliliyi var. Türkiyədə reallaşacaq azad turizm bölgəsini dövlət quracaq, özəl sektor idarə edəcək, yatırımı da özəl sektor edəcək. Önəmli məqam isə odur ki, alış-verişə, qonaqlamaya görə vergi tətbiq edilməyəcək. Orada çalışanlar da bu imkanlardan yararlana biləcəklər. Bu layihənin tətbiqi yeni yatırımlar və iş yeri yaradılmasını da təmin edəcək.
* * *
Bu istiqamətdə daha bir layihənin Karib dənizindəki Turks&Caicos adalarında gerçəkləşəcəyi gözlənilir. Karib dənizindəki Turks&Caicos adalarının maliyyə, ticarət naziri Charles Vaşinqton Misick bir sıra ölkələrdən, o cümlədən Türkiyədən investorları ölkəsinə dəvət edib. 30 min əhalisi və 600 kvadrat kilometr ərazisi olan ada-ölkənin hər il 1,4 milyon turisti cəlb etdiyini deyən nazir bildirib ki, onlardan 1 milyonu gəmi ilə gələnlər, 400 mini isə adaya qalmağa gələnlərdir. Bu 400 min isə zəngin turistlərdir. Ən çox turist ABŞ və Kanadadan gəlir. Ölkəsində gəlir vergisi olmadığını deyən nazir dövlət ərazilərini turizmin inkişaf layihələri üçün uzunmüddətli icarəyə verirlər. Adalarda xalqa açıq olan çimərliklərin sayı isə 300-ə çatır.
Əksəriyyətində yaşayış olmayan adalarda dünya ulduzlarının evləri də var. 

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar