Sentyabrın 3-də Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) turizm üzrə işçi qrupunun "Effektiv turizm marketinq strategiyaları: İƏT-ə üzv olan ölkələr üçün İKT (informasiya və kommunikasiya texnologiyaları) əsaslı həll yolları" mövzusunda 6-cı iclası keçirilib. İclasda üzv ölkələrdə turizm marketinqində İKT vasitələrindən istifadə, bu sahədə mövcud vəziyyət, əsas problemlər, təcrübələr, tövsiyə və perspektivlər müzakirə edilir.
Tədbirdə ölkəmizi təmsil edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev Azərbaycanda İKT sahəsinin son illərdə inkişaf səviyyəsi, dövlətin bu sahəyə diqqəti, əldə edilən nailiyyətlər və turizmin inkişafında İKT-nin rolundan bəhs edib.
İKT vasitəsilə turizm potensialının təbliği və bu sahədə ölkələrin uğurlu nümunələrinə həsr edilmiş sessiya zamanı müzakirələr çərçivəsində nazirliyin nümayəndəsi Azərbaycanın elektron marketinq istiqamətində həyata keçirdiyi mühüm islahatlar, nazirlik tərəfindən yaradılmış www.azerbaijan.travel rəsmi internet səhifəsi və onun istər gəlmə, istərsə də daxili turizmin inkişafında oynadığı rol, turizm potensialının digər elektron marketinq vasitələri ilə təbliği haqqında danışıb.
Tədbirdə İƏT-ə üzv olan ölkələrin və beynəlxalq təşkilatların rəsmi nümayəndələri iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar