Ölkəmizdə işgüzar turizmin inkişafı istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu daha bir şirkəti öz sıralarına qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Büronun yeni yardımçı üzvü (“Affiliate member”) “Konsis” sinxron tərcümə və tədbirlərin təşkili şirkətidir.
Əldə olunan razılaşmadan məmnunluq ifadə edən “Konsis” şirkətinin direktoru Gülzar Ələkbərova bu əməkdaşlığın hər iki tərəf üçün perspektivlər açacağına inamını ifadə edib: "Əminik ki, Büro öz üzvlərinə inkişaf etmək və böyümək üçün geniş imkanlar təqdim edir. Bu bizim üçün yeni dünyadır və biz Azərbaycan Konqreslər Bürosu ailəsinin əsas hissəsi olmaqda israrlıyıq”.
“Konsis” şirkəti 2006-cı ildə Bakıda yaradılıb. Şirkət öz fəaliyyətinə tərcümə mərkəzi olaraq başlayıb. İlk öncə ingilis-Azərbaycan və ingilis-rus dillərindən tərcümə xidməti təklif edən şirkət daha sonra ardıcıl, sinxron, admin tərcüməçilərini sıralarına dəvət edib.
Şirkət dövlət və özəl sektorda olan təşkilatlarla tərcümə sahəsində geniş iş təcrübəsinə malikdir. Çoxsaylı tədbirlərdə professional xidmətlərini təklif edib. 2009-cu ildən isə tədbir təşkilatçılığı və texniki dəstək xidmətləri də göstərməyə başlayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar