12-17 sentyabr tarixində Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci sessiyası, qurumun Avropa Komissiyasının 59-cu iclası, İcraiyyə Şurasının 101-ci və 102-ci sessiyaları, eləcə də BMÜTT-İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə konfransı keçiriləcək. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Xatırladaq ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycan qurumun İcraiyyə Şurasının üzvü seçilib.
İcraiyyə Şurasının bundan öncəki, 2015-ci ilin 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycan adına mühüm nailiyyətə imza atılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi sessiyada ölkəmizin təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı geniş müzakirələr aparılıb və Şura üzvlərinin dəstəyi ilə qərar mətni qəbul edilib. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.
Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin yolverilməzliyi ilə bağlı sənədin qəbulu ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm hüquqi alət əldə olunub.
Digər mühüm məsələ odur ki, Azərbaycanın İcraiyyə Şurasına rəhbərlik etmək üçün namizədliyi irəli sürülüb və sessiyada bununla bağlı səsvermə keçiriləcək.
Medellin şəhərində həmçinin BMÜTT-nin müxtəlif komitələrə üzv ölkələr seçiləcək, eləcə də müxtəlif sənədlərin müzakirəsi, turizm mövzusunda debatlar, fikir mübadiləsi aparılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar