Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Fransanın “Challenge Tourisme” Assosiasiyasının təşəbbüsü ilə 3-6 sentyabr tarixində Bakıda “Açıq innovasiya və turizm” mövzusu üzrə tədbirlər keçirilib.

Sentyabrın 5-də “Fairmont Baku” hotelində Azərbaycanın turizm potensialının Fransanın turizm sənayesi və kütləvi informasiya vasitələri nümayəndələrinə təqdimatı oldu. Tədbirdə Fransanın turizm sahəsində ixtisaslaşmış “Amadeus”, “Tourmag.com”, “TV Tourisme”, “ITourisme” və digər təşkilatlarının təmsilçiləri iştirak edirdi.
Təqdimatda çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini Rauf Paşayev bildirdi ki, son illər ölkəmizdə turizm sənayesi sürətlə inkişaf edir. Eyni zamanda turist axınının artırılması üçün xarici ölkələrlə, o cümlədən Fransa kimi mühüm turizm ölkəsi ilə əməkdaşlığa xüsusi önəm verilir: “Təsadüfü deyil ki, bu əlaqələrin inkişaf etdirilməsi üçün ölkəmiz tərəfindən Fransada müxtəlif tədbirlər təşkil olunur, sərgilərdə iştirak edirik. Eyni zamanda Fransanın TV5 və Frans24 telekanallarında ölkəmizin tanıdılması üçün reklamları yerləşdirilib”.
Tədbirdə Azərbaycanın turizm imkanları, tarixi, mədəniyyəti, mətbəxi və adət-ənənələrindən bəhs edən videoçarx nümayiş olundu.
Sonra Azərbaycan Konqreslər Bürosunun marketinq meneceri Anar Nərimanov çıxış edərək, 2013-cü ildə MDB məkanında ilk olaraq ölkəmizdə təsis edilən qurum barədə məlumat verdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan Konqreslər Bürosunun işgüzar turizmin təşviqi istiqamətində fəaliyyətindən söz açıldı.
Qonaqların marağına səbəb olan digər təqdimat “GEO travel” şirkətinin əməkdaşı Gülçin Yetirmişli tərəfindən edildi. Təqdimatda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan “Aleksandr Düma Qafqazda” beynəlxalq turizm marşrutu barədə məlumat verdi.
“Challenge Tourisme” Assosiasiyasının prezidenti Salemi Jüsuyen Azərbaycanda ilk dəfə olmasına baxmayaraq ölkəmiz haqqında zəngin təəssüratının formalaşdığını bildirdi. Onun sözlərinə görə, zəngin tarixə və mədəniyyətə, yüksək qonaqpərvərliyə sahib Azərbaycanı görmək fransızlar üçün maraqlı olacaq.
Fransanın ölkəmizdəki səfiri Paskal Mönye, “Fairmont Baku” hotelinin baş direktoru Paskal Lepru da ölkəmizdə turizmin inkişafı sahəsindəki görülən işlər haqqında fikirlərini bölüşdülər.
Sonra ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətləri ilə Fransanın turizm sənayesi və media nümayəndələri arasında fikir mübadiləsi aparıldı. Hər iki ölkəyə turistlərin göndərilməsi, yerləşdirilməsi üçün imkanlar və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olundu.
Tədbirin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fransız dilində nəşr olunan ölkəmiz haqqında kitablar paylanıldı.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar