Azərbaycan Turizm və Menecment Universiteti öz fəaliyyətində dünyanın nüfuzlu ali məktəbləri ilə profilinə uyğun istiqamətlər üzrə əlaqələrin qurulmasına hər zaman önəm verir.
Bu fikri universitetin rektoru, professor Cəfər Cəfərov Latviyanın Baltik Beynəlxalq Akademiyasının nümayəndələri Marina Qunare və Yekaterina Quselnikova ilə görüşdə diqqətə çatdırıb. O, qonaqlara rəhbərlik etdiyi tədris ocağının 10 illik tarixi, təhsil və təcrübə modelinin ixtisaslı kadr hazırlığına müsbət təsiri, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı barədə ətraflı məlumat verib.
Rektor C.Cəfərov və Baltik Beynəlxalq Akademiyasının "Turizm və hotelçilik", "Bakalavr və magistr" proqramlarının rəhbəri M.Qunare ali təhsil ocaqları arasında bağlanacaq əməkdaşlıq sazişində ATMU tələbələrinin Latviyanın nüfuzlu hotellərində təcrübə semestrinin təşkili məsələsinin də həll olunacağına inam ifadə ediblər.