Sentyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyasında ölkəmizin gəlmə turizmi üzrə ixtisaslaşmış aparıcı şirkətlərinin iştirakı ilə görüş keçirildi. Görüşdə 24-27 sentyabr tarixində Yaponiyanın paytaxtı Tokioda (“JATA 2015”) və 29 sentyabr - 2 oktyabr tarixində Fransanın paytaxtı Parisdə (“Top Resa 2015”) keçiriləcək beynəlxalq turizm sərgilərində iştirakı ilə bağlı məsələlər müzakirə olundu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bu tədbirlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, beynəlxalq turizm sərgilərində iştirak ölkəmizin turizm potensialının təbliği üçün zəmin yaradır. Qarşıdakı sərgilər də bu potensialı nümayiş etdirmək, ölkəmizi daha dolğun şəkildə tanıtmaq üçün yeni imkanlardır.
Görüşdə “Geo travel”, “Gilan tourism”, “SW travel”, “İmprotex travel”, “ENC”, “Turizm.az”, “Paşa travel”, “Victory tour”, “Spektr”, “Millenium” və “Al travel” şirkətlərinin nümayəndələri iştirak edirdi.
Görüşün yekunu olaraq hər iki sərgidə iştirakla bağlı turizm şirkətlərinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması, onların beynəlxalq turizm sərgilərində iştirakının effektivliyinin artırılması, o cümlədən gəlmə turizmi ilə bağlı təkliflərin hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməsi qərara alındı.
Qeyd edək ki, Parisdə keçiriləcək “Top Resa 2015” beynəlxalq turizm sərgisində ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. Sərgiyə “Geo travel”, “Gilan tourism”, “SW travel” şirkətləri qatılacaq. Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, “Top Resa” sərgisində iştirak edir.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar