Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği Mədəniyyət və Turizm Nazirliyinin əsas funksiyalarından biridir. Bununla əlaqədar olaraq, nazirlik tərəfindən qarşıya qoyulmuş məqsədlərin səmərəli həyata keçirilməsi üçün konkret tədbirlər və onların keçiriləcəyi ölkələri müəyyən edən illik marketinq planı hazırlanır.
Plana 2016-cı il üzrə 20-dək beynəlxalq turizm sərgisində iştirak, xarici media və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfərinin təşkili, sosial şəbəkələrdə təbliğat və reklam da daxil edilməklə elektron marketinq fəaliyyətinin aparılması, Azərbaycan və xarici turizm sənayesi nümayəndələrinin iştirakı ilə təqdimatların, işgüzar görüşlərin təşkili kimi məsələlər daxildir.
Eyni zamanda növbəti il üzrə CNN, “Euronews” və digər məşhur telekanallarda, habelə nəşriyyat materiallarında müvafiq reklam məhsullarının yayılması, bir sıra ölkələrin böyük şəhərlərində Azərbaycana həsr edilmiş küçə reklam kampaniyalarının aparılması kimi məsələlər əksini tapacaq. Hazırlanan planın xüsusi seqmentlərindən birini də ölkəmizin Almaniyada və Ərəb körfəzi ölkələrində turizm təmsilçiliyini həyata keçirən şirkətlərin fəaliyyəti təşkil edir.
Qeyd olunan tədbirlərin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Türkiyə, Ərəb körfəzi ölkələri, Rusiya, Qazaxıstan, Yaponiya, ABŞ və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda daxili turizm və onun ölkə vətəndaşları arasında təbliği də əsas prioritetlərdən biridir. 2016-cı ildə yerli jurnalistlərin və turizm sənayesi nümayəndələri üçün infoturlar, telekanallarda ölkəmizin daxili turizm potensialının təbliğinin həyata keçirilməsi, daxili turizm yarmarkaların və digər tədbirlərin təşkili planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar