Xəbər verdiyimiz kimi, 23-24 aprel 2015-ci il tarixində İsveçrənin Lüsern şəhərində keçirilmiş Dünya Turizm Forumunda Azərbaycan qonaq ölkə qismində iştirak edib. Ölkəmizin bu mötəbər tədbirdə xüsusi statusda iştirakının davamı olaraq 2016-cı ilin 5-7 mart tarixində Lüsern Dünya Turizm Forumunun “Beyin mərkəzi”nin növbəti toplantısının (WTFL Think Tank) Bakıda keçirilməsi planlaşdırılır.
Toplantıda Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, dünyanın məşhur brend mehmanxanalarının və turizm şirkətlərinin icraçı direktorları, bir neçə ölkənin turizm nazirlərinin iştirakı nəzərdə tutulub.