Sentyabrın 17-18-də İranda böyük azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş I Beynəlxalq konqres keçiriləcək. Bu barədə məlumat verən İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni şairin Təbrizin Xoşginab kəndində yaşadığı evdə bərpa işlərinin aparıldığını və gələcəkdə orada muzeyin yaradılacağını deyib. Nazir bildirib ki, gələn il UNESCO-ya "Şəhriyar ili"nin təsis olunması ilə bağlı müraciət ünvanlanacaq.
   Qeyd edək ki, Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) vəfat etdiyi gün - 18 sentyabr İranda milli şeir və ədəbiyyat günü kimi qeyd olunur.