Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə “Aviareps Tourism” şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir. Tədbirlər planına uyğun olaraq 5-12 sentyabr tarixində Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə bu ölkənin aparıcı media nümayəndələri üçün “Azərbaycanda spa və idman turizmi” mövzusunda press-tur təşkil olunub.
«Aviareps Tourism» şirkəti ilə əməkdaşlıq çərçivəsində dünyaca məşhur "Lonely Planet Traveller" səyahət jurnalının alman dilli buraxılışının əlavəsi olaraq, ölkəmiz haqqında 6 səhifədən ibarət broşür nəşr edilib və 40 min tirajda yayılıb. Nəşrdə alman turistlərinin marağına səbəb olacaq Azərbaycanın təbiəti, mətbəxi və mədəni irsi barədə məqalələr, Bakı şəhəri haqqında məlumatlar verilib. Əlavədə “Azərbaycan Hava Yolları" tərəfindən həyata keçirilən Bakı-Berlin-Bakı müntəzəm reysinin tanıdılması da yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar