Ölkəmizin turizm imkanlarının daha geniş təbliğ edilməsi, turizm məhsullarının, marşrutlarının yaradılması, bu sahədə xidmətlərin göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda və regionlarda (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Şəmkir) ümumilikdə 15 Turizm İnformasiya Mərkəzi yaradılıb.
Mərkəzlərin işinin təkmilləşdirilməsi və bu xidmətə turistlərin tələbatının artdığı nəzərə alınaraq, mərkəzin əsas ofisi saxlanılması şərtilə, turistlərin daha çox olduğu ərazilərdə turizm informasiya köşklərinin quraşdırılması nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyi ilk belə layihəni yerli İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhərində həyata keçirməyə hazırlaşır. Layihə uğurla həyata keçirildikdən sonra digər turizm bölgələrində də turistlərin daha çox səfər etdikləri ərazilərdə turizm informasiya mərkəzlərinin köşklərinin quraşdırılması davam etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar