24-27 sentyabr tarixində Yaponiyanın Tokio şəhərində "JATA 2015" beynəlxalq turizm sərgisi keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. Sərgidə həmçinin 5 yerli turizm şirkəti ("Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel") təmsil olunacaq.
Sərgidə 45 kvadratmetr sahədə respublikamızın turizm imkanlarını əks etdirən milli stend qurulacaq, stend ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2007-ci ildən başlayaraq yeddinci dəfədir "JATA" beynəlxalq turizm sərgisinə qatılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar