Aktau şəhərində beynəlxalq forum və konfrans

16-17 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində "Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" adlı II beynəlxalq forum və TÜRKSOY təşkilatının dəstəyi ilə "Tarixi hadisələrin və əfsanələrin Mangistaunun turist obyektlərinin toponimikasına təsiri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev və Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edəcək.
"Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" adlı forumda mehmanxanaların idarəetməsi və mehmanxanaların təsnifatı üzrə xarici ölkələrin ekspertləri tərəfindən geniş təqdimat keçiriləcək və aidiyyəti sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. Elmi-praktik konfransda tarixi hadisələrin və əfsanələrin turizmdə istifadə imkanlarına və təcrübəsinə dair müzakirələr aparılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar