Azərbaycanda turizmin inkişafı bu mövzuda yazılan kitabların, müxtəlif nəşrlərin sayının artmasına da təsir göstərir. Bu sahəyə dair çap məhsullarının reklam bukletləri, məlumat kitablarından, lüğət və monoqrafiyalaradək geniş əhatə dairəsi var.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən il ərzində müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində ziyarətçilərə paylamaq üçün 20-dən çox adda reklam-çap məhsulu sifariş verilir. Bu nəşrlər əsasən ingilis, rus, fransız, alman, ispan, eləcə də ərəb, çin, yapon və digər dillərdə işıq üzü görür. Bundan əlavə, hər il nazirlik tərəfindən müxtəlif ölkələrin tanınmış brendlərinin adı ilə xarici dillərdə Azərbaycan haqqında bələdçi kitabları nəşr olunur. Bu layihə də ölkəmizin tanıtımına xidmət edir. Son bir neçə ildə Böyük Britaniyanın «Explorer» şirkəti ərəb dilində «Baku Explorer», «Time Out» şirkəti ingilis dilində «Time Out Baku», Rusiyanın «Fair» şirkəti rus dilində “Fair Azerbaydjan”, Fransanın «Hachette Livre» şirkəti fransız dilində «Azerbaydjan Evasion» kitabını nəşr edib. Bu yaxınlarda «Aviareps Tourism» şirkəti ilə əməkdaşlıq çərçivəsində məşhur "Lonely Planet Traveller" səyahət jurnalının almandilli buraxılışının əlavəsi olaraq, ölkəmiz haqqında xüsusi broşür nəşr edilərək 40 min tirajla yayılıb.
Turizm sahəsi üzrə təhsil ocaqlarının nəşrləri də bu sırada mühüm yer tutur.
Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbində müxtəlif kitablar, dərs vəsaitləri hazırlanır. Azərbaycan Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən hazırlanaraq çap olunan kitabların sayı ilbəil artmaqdadır. «Mehmanxanada ön büro», «Beynəlxalq turizm hüququ», «Turizm işinin təşkili» və s. kitablar bu qəbildəndir. Bugünlərdə universitetdə yeni “Turizmin əsasları" dərsliyinin təqdimatı keçirilib.
Ölkəmizdə turizm sahəsinə aid bir çox kitablar bu sahə üzrə tanınmış mütəxəssis, mərhum Sabir Rəhimovun imzası ilə işıq üzü görüb. O, 7 kitabın, onlarla elmi və elmi-populyar məqalənin müəllifi idi. Alimin uzun zəhmət hesabına ərsəyə gətirdiyi «Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti» 2012-ci ildə ötən il “Mədəniyyət» qəzetinin layihəsi əsasında çapdan çıxıb.
Ötən dərs ilində Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlarının respublikamızda və xarici ölkələrdə 100-ə yaxın elmi məqaləsi, ölkə və beynəlxalq səviyyəli konfrans materiallarında tezisləri nəşr olunub. Ümumilikdə ali təhsil ocağının müvafiq ixtisaslarında təhsil alan tələbələr üçün metodiki və fənn proqramlarından ibarət tədris-metodiki dərs vəsaitləri, təxminən 30 monoqrafiya işıq üzü görüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar