![](/img/news/700x420/18648.jpg)
Milli Kulinariya Mərkəzi IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında da ayrıca stendlə iştirak edir. Burada mərkəzin direktoru, Azərbaycan Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovun kitabları və digər nəşrlər nümayiş olunacaq.
Mərkəzin direktor müavini Ceyran Əsgərova: “Məqsədimiz xarici qonaqlara mətbəximizlə bağlı kitabları əyani şəkildə nümayiş etdirməkdir. Bu sahədə təbliğat işlərini daha da gücləndirmək niyyətindəyik. Ona görə də sərgi-yarmarkada bəzi nəşriyyatlarla görüşüb, bu kitabları türk, fransız, alman, çin və başqa dillərə tərcümə olunaraq yenidən nəşrini müzakirə edəcəyik”.