Xalqımızın zəngin mətbəx mədəniyyətinin qorunması, dünyaya tanıdılması və təbliği sahəsində Azərbaycan Milli Kulinariya Mərkəzi mütəşəkkil iş aparmaqdadır. Mərkəzin müxtəlif ölkələrdə kulinariya yarışlarına qatılan əməkdaşları mətbəx nümunələrimizin hazırlanması ilə yanaşı, onların tarixi haqqında məlumatları da insanların diqqətinə çatdırırlar.
Milli Kulinariya Mərkəzi IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında da ayrıca stendlə iştirak edir. Burada mərkəzin direktoru, Azərbaycan Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovun kitabları və digər nəşrlər nümayiş olunacaq.
Mərkəzin direktor müavini Ceyran Əsgərova: “Məqsədimiz xarici qonaqlara mətbəximizlə bağlı kitabları əyani şəkildə nümayiş etdirməkdir. Bu sahədə təbliğat işlərini daha da gücləndirmək niyyətindəyik. Ona görə də sərgi-yarmarkada bəzi nəşriyyatlarla görüşüb, bu kitabları türk, fransız, alman, çin və başqa dillərə tərcümə olunaraq yenidən nəşrini müzakirə edəcəyik”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar