İstirahət mərkəzi Qurban bayramı münasibətilə endirim aksiyası elan edib

Sentyabrın 28-də Bakı şəhərində fəaliyyətə başlayan Şahdağ Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. Mərkəz Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, rəsmiləri və turizm ictimaiyyəti iştirak edəcək.
Mərkəzdə hotel rezervasiyası, qış-yay turizm avadanlıqlarının icarəsi və paket təkliflər sifariş etmək mümkün olacaq. Müştərilər şirkətə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər. Ünvan: Bülbül prospekti, 26; Əlaqə nömrəsi: 310 11 10 daxili (5101).
Yeri gəlmişkən, Şahdağ Turizm Mərkəzi 24-25 sentyabr Qurban bayramı münasibətilə aksiya keçirir. Aksiya 24-27 sentyabr tarixi üçün etibarlı hesab olunur. Bayram günlərində qonaqlar mərkəzə səfər edərək endirimli qiymətlərdən yararlanmaq imkanı əldə edə biləcəklər. Paketə bayram şam yeməyi və axşamlar əyləncəli proqramlar da daxildir.
Şahdağ Turizm Mərkəzi yay mövsümü ərzində bir sıra uğurlu layihələr həyata keçirib. İyulun 25-də "Şahdağda velosipedçilər günü", 22 avqustda "Şahdağın hədiyyəsi" adlı canlı konsert maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar