İkimərtəbəli üstüaçıq avtobuslarla "Şəhər turu"nun təşkili uzun illərdir bütün dünyada turizm sahəsinin ayrılmaz hissələrindən birinə çevrilib. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılan və bu sahədə böyük təcrübəsi olan "City Sightseeing Worldwide" şirkətinin 35 ölkənin 100-dən çox şəhərində nümayəndəlikləri yaradılıb.
2014-cü ilin aprelindən Azərbaycan bu ölkələr siyahısına daxil olub və Bakının mədəni irsini, turizm potensialını geniş təbliğ etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "City Sightseeing Baku" şirkəti tərəfindən "Şəhər turu" həyata keçirilir.
Turun uzunluğu 23 kilometr, müddəti 1 saat 30 dəqiqədir. Yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə 8 dildə (Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon, fars) audiobələdçi sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə şəhərlə tanış olmaq imkanı əldə edirlər.
Biletləri onlayn olaraq şirkətin internet səhifəsində, avtobusların daxilində və Bakı Turizm İnformasiya Mərkəzində yaradılmış bilet satışı məntəqəsində əldə etmək mümkündür. Biletlər şirkətin konsepsiyasına əsasən "Hop on - Hop off" sistemi çərçivəsində istifadə edilir, yəni insanlar istənilən dayanacaqda avtobusdan enərək müəyyən vaxtdan sonra öz turlarını istənilən dayanacaqdan davam etdirə bilirlər.
Son üç ayda "şəhər turu"ndan istifadə edən yerli və xarici turistlərin sayında böyük artım müşahidə olunub. 2015-ci ilin iyun ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə turlardan istifadə edən turistlərin sayında 2,2 dəfə, iyul ayında 2,6 dəfə, avqustda isə 1,9 dəfə artım qeydə alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar