Bakıda Birləşmiş Ərəb Əmirliklərin bir sıra turizm idarə və şirkətlərinin iştirakı ilə turizmin inkişafı, ölkələr arasında bu sahədəki əməkdaşlığın artırılması və təbliği məqsədi ilə “Yeddi əmirlik - bir istiqamət” adlı tədbir təşkil olunub. Bu ölkənin 30-dək turizm şirkətinin təmsil olunduğu tədbirdə yerli və xarici turizm şirkətləri də iştirak edib.
Tədbirin təşkil olunmasında əsas məqsəd Şarja Əmirliyinin turizm potensialının tanıdılması ilə yanaşı, ümumilikdə yeddi əmirliyin turizm sahəsində təcrübəsini bölüşməkdən ibarətdir. Şarja Əmirliyinin turizm sahəsinə daxil olan çarter hava reysləri, hotel sahəsində əsas mövzularından olub.
Tədbirdə, həmçinin qeyd olunan əmirliyin ümumilikdə turizm imkanlarının nümayiş olunduğu videoçarx qonaqlara təqdim olunub. Birləşmiş Ərəb Əmirliklərinin Turizm və Abidələr Milli Şurasının kommunikasiyalar departamentinin direktoru Xalid İbrahim ibn Nassar Azərbaycanla turizm sahəsində əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, iki ölkə arasında qarşılıqlı turist axınını yüksək səviyyəyə çatdırmaqla yanaşı, aparıcı turizm şirkətlərinin mütəmadi əməkdaşlığının inkişafı, turizm sahəsində təcrübə mübadiləsi çox önəmlidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar