Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi, gələcəkdə görüləcək işlər və layihələr müzakirə edilib.
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Qəhrəman Yusupov cari ildə gördükləri işlər haqqında məlumat verib və bu sahənin inkişaf etdirilməsi ilə bağlı müvafiq təkliflərlə çıxış edib.
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb. Qurumun əsas məqsədi kənd qonaq evlərinin təşkili, kəndli təsərrüfatında məşğulluğun artırılması, yaşıl turizmin dəstəklənməsi, kənd yaşıl turizminə aid müvafiq tur və ekskursiyaların keçirilməsidir.
Görüşdə nazirliyin dəstəyi ilə ictimai birliyin dolğun informasiyaları özündə cəmləşdirən saytının və kataloqunun yaradılması, kənd yaşıl turizminin təşviqi və kənd evləri sahibləri arasında turizmin bu növünün inkişaf etdirilməsi məqsədilə yerlərdə müvafiq təlim və seminarların təşkil edilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar