Sentyabrın 29-da Fransanın paytaxtı Parisdə "Top Resa 2015" beynəlxalq turizm sərgisi işə başlayıb. Oktyabrın 2-dək davam edəcək sərgidə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Tədbirə həmçinin "Geo travel", "Gilan Tourism" və "SW travel" şirkətləri də qatılıb.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 34 kvadratmetr sahədə stend qurulub. Stendimiz sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, 2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il sərgiyə 159 ölkədən 1800-ə yaxın şirkət qatılmışdı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar