Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan-Avstriya Turizm Proqramı üzrə (AATP) magistr (2013) və bakalavr (2010 və 2011-ci illər) pilləsini başa vuran tələbələr üçün təkrar dövlət imtahanı keçirilib. Komissiya üzvləri - Avstriya İMC Krems Tətbiqi Elmlər Universitetinin magistr proqramının direktoru Kristian Maura, AATP üzrə koordinatoru Yens Ennen və digərləri tələbələrin təkrar imtahan hazırlığından razı qalıblar.
İmtahanların nəticələrinə əsasən, AATP-nin magistr proqramı üzrə qeyd edilən illərdən kəsiri qalan tələbələrdən ümumilikdə 6 nəfər, bakalavr pilləsi üzrə keçirilən dövlət imtahanından kəsilənlərdən iki nəfər Avstriyanın İMC Krems Universitetinin diplomunu alıb. Beləliklə Azərbaycan Avstriya Turizm Proqramı çərçivəsində ATMU-nun 124 tələbəsi, o cümlədən 9 nəfər magistr, 115 nəfər bakalavr pilləsinin məzunu kimi ikili diplomun sahibidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar