Məqalələr toplusunun təqdimatı

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Sosial elmlərdə araşdırmanın metodikası” məqalələr toplusunun təqdimatı keçirilib. Toplu QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Qafqaz Araşdırmalar Mərkəzinin təşkil etdiyi yay məktəbinin yekunlarına həsr olunub.
ATMU-nun rektoru Cəfər Cəfərov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, “Sosial elmlərdə araşdırmanın metodikası” elmi məqalələr toplusu bu sahədə hazırlanmış ilk vəsaitdir və sosial sahədə araşdırma aparan magistr, doktorantlar üçün əhəmiyyətli bir mənbədir.
Layihə rəhbəri Xaləddin İbrahimli qeyd edib ki, məqsədimiz bu sahədə tədqiqatçılara zəruri olan məlumatlar toplusunu hazırlamaq və araşdırma apararkən əldə olunan məlumatların sistemli bir şəkildə yazılmasını öyrətməkdir.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar