Oktyabrın 1-də Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Qriqori Poltavçenkonun Azərbaycana səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Görüşdə ölkəmizin və Sankt-Peterburqun turizm sənayesi nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov Azərbaycanın turizm potensialı haqqında, nazirlik tərəfindən son illər ərzində Sankt-Peterburq da daxil olmaqla, Rusiya Federasiyası ilə turizm əməkdaşlığı sahəsində həyata keçirilən işlər barədə məlumat verərək video təqdimatla çıxış edib.
Sonra Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsi yanında şəhər turizm informasiya bürosunun direktor müavini Valeriya Malışevanın Sankt-Peterburqun turizm potensialı barəsində təqdimatı olub.
20-dən artıq turizm şirkəti təmsilçisinin iştirak etdiyi tədbir ikitərəfli görüşlər formatında davam etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar