Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Avropa İttifaqının TEMPUS layihəsi çərçivəsində keçirilən növbəti treninqlərdə iştirak ediblər.
Almaniyanın Yade Universitetinin təşkilatçılığı ilə "Turizm bələdçisi" və "Mədəniyyətlərarası ünsiyyət və menecment" mövzusuna dair təlimlər Vilhelmshafen, Hamburq, Bremerhafen şəhərlərində TEMPUS (SuToMa) layihəsinin nəzərdə tutulan şərtləri əsasında təşkil edilib. İştirakçılar arasında Almaniyanın Yade, Gürcüstanın Tiflis Dövlət universitetlərinin, Qafqaz regionunun digər ali məktəb və müvafiq qurumlarının nümayəndələri də olub. Treninqlərin keçirilməsində başlıca məqsəd layihə çərçivəsində "Modul 5" və "Modul 8"in yenidən işlənib hazırlanması idi. Avqustun 31-dən sentyabrın 19-na kimi davam edən tədbir zamanı təlimçilər xüsusi qrup tərəfindən hazırlanan "Modul 6"nın təqdimatında da olublar.
"Turizm bələdçisi" mövzusunda tərtib edilən dərsliyin dəyərləndirilməsi, turizm bələdçiliyinə dair xüsusi nümunənin hazırlanması və qiymətləndirilməsi, professional tur standartlarının müzakirəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İştirakçılar öz ölkələri haqqında hazırladıqları təqdimatlarla da çıxış ediblər.
Almaniyanın şəhərləri, muzey və tarixi abidələrlə tanışlıq, Alman Emiqrasiya Mərkəzinə, “Airbus” aviasiya zavoduna səfər də yaddaqalan olub. Sonda treninq iştirakçılarına sertifikat verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar