“Excelsior Hotel & Spa Baku” hoteli personal sahəsində öz strategiyasını reallaşdıraraq daxili təhsil proqramı həyata keçirir. Hotel bu ilin mart ayında Azərbaycan Turizm və Menecment Universiteti ilə müqavilə imzalayıb. İl ərzində universitetin tələbələri və müxtəlif peşə liseylərinin şagirdləri hoteldə geniş təcrübə keçiblər. Bu proqram gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə də kömək edir.
Hotelin təcrübəli əməkdaşlarının rəhbərliyi ilə tələbələr “qonaqlara xidmət departamenti”, “mətbəx departamenti”, “qida və içkilər departamenti”, peşə liseylərinin şagirdləri aşpaz-qənnadıçı və ofisiant ixtisasları üzrə təcrübə də keçiblər. Təcrübə proqramını müvəffəqiyyətlə keçənlər hotelin sertifikatını əldə ediblər.
“Burada ikitərəfli fayda var, tələbələr bizim sertifikatla təsdiq edilmiş praktiki təcrübə əldə edir, biz isə gələcəyə mümkün namizədlər haqqında məlumat bazası alırıq ki, özümüz üçün əməkdaşları məhz onların sırasından seçə bilək”, - deyə hotelin baş meneceri Turhan Poyraz qeyd edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar