Məlum olduğu kimi, yerli və xarici turistlərin bölgələrimizə səfəri əsasən yay turizm mövsümündə daha çox müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər göstərir ki, 2015-ci ilin 1 iyun - 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib. Bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlər olub.
Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.
Aparılan araşdırmalara əsasən, Quba-Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar