Oktyabrın 13-də Azərbaycan Turizm Assosiasiyasında “Millennium Tourism & Congress DMC” turizm şirkətinin təşkilatçılığı ilə kruiz turlarının təqdimat mərasimi keçirildi. Tədbirdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak edirdi.

“Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyev dəniz gəzintiləri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, Rusiyanın kruiz səfərlərinin təşkili ilə məşğul olan “İNFLOT Cruise & Travel” şirkətinin Azərbaycandakı təmsilçisi “Millennium Tourism” şirkətidir. “İNFLOT Cruise & Travel” şirkəti dünyanın demək olar ki, bütün sahilyanı ölkələrinə səfərlər təşkil edir: Qrupun dünyanın 160 dəniz limanında ofisləri var. 2003-cü ildə yaradılmış “İNFLOT Cruise & Travel” şirkəti Beynəlxalq Kruiz Təşkilatları Assosiasiyasının üzvüdür. Assosiasiyaya 26 məşhur kruiz şirkəti daxildir”.
Ruslan Quliyev bildirdi ki, kruiz turları bir qədər fərqli turizm məhsulu olmaqla, özündə bir çox nüansları birləşdirir: “Azərbaycan vətəndaşları turizmin bu istiqaməti ilə yaxından tanış deyillər. Bizim şirkətin bu istiqamətdə əsas işi “İNFLOT Cruise & Travel” şirkətinin ölkəmizdə fəaliyyətini koordinasiya etmək və vətəndaşlarımızı turizmin bu növü ilə məlumatlandırmaqdır. Üç ilə yaxın fəaliyyətimiz dövründə vətəndaşlarımızın bu turizm növünə marağının yüksək olduğunu deyə bilərəm. Kruiz səfərlərinin təşkili ilə məşğul olan şirkətlər müxtəlif xidmətlər təklif edirlər və turmenecer bütün bunlar barədə turisti dolğun məlumatlandırmalıdır”.
Sonra kruizlərin qiymətləri, səfər zamanı göstərilən xidmətlər, turların sifarişi və ödənişlər, nəzərdə tutulan bonuslar, səfər günlərində uşaqlar və böyüklər üçün əyləncəli proqramlar haqqında məlumat verildi. Həmçinin menecerlərin kruiz səfərləri ilə bağlı paketlərin satışı zamanı qarşılaşdıqları problemlərə, turların ləğv olunması qaydaları və sığorta məsələlərinə diqqət çəkildi. Dəniz turlarının təşkili ilə məşğul olan “Royal Caribbean International”, “Costa Cruises”, “Norwegian Cruise Line”, “Louis Cruises”, “Oceania Cruises”, “Compagnie du Ponant”, “Regent Seven Seas Cruises”, “Crystal Cruises”, “Silver Sea”, “Sea bourn və Sea Dream Yacht Club” şirkətləri barədə də məlumat verildi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar