Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti arasında əməkdaşlıq çərçivəsində cari ilin 5-12 sentyabr tarixində bu ölkənin media nümayəndələri üçün "Azərbaycanda spa və idman turizmi" mövzusunda press-tur keçirilib. Səfər çərçivəsində KİV təmsilçiləri Bakı ilə yanaşı, Quba və Qusar rayonlarında olublar.
Press-turun nəticəsi olaraq, Almaniyanın www.demipress.me və www.reiseknipse.de saytlarında, həmçinin, bloggerlər tərəfindən twitter, instagram, facebook kimi sosial şəbəkələrdə ölkəmizin turizm potensialına dair məqalələr yerləşdirilib.
Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə "Aviareps Tourism GmbH" şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar