Oktyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində Polşanın “Plagiat.pl” şirkətinin “Strikeplagiarism” proqramlarının tətbiq olunmasına həsr edilmiş təlim keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov elektron informasiya vasitələrinin inkişafının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu proses müasir gənclərdə və tədqiqatçılarda axtarılan məlumatı daha sadə şəkildə əldə etmək imkanı yaradır. Lakin eyni zamanda bəzən gənclərdə dərin mütaliə edərək düşünməkdən, öz yaradıcı fikrini ortalığa qoymaqdan çox hazır materialın tapılaraq müəllif hüquqlarını qorumadan, öz mətninə daxil etmək arzusu yaradır ki, bu da akademik dürüstlüyün təmin olunmamasına gətirib çıxarır.
Rektor bildirib ki, müasir informasiya texnologiyaları bu kimi aktual problemlərin həll yollarını tapmaqda da yardım edir. İnternet axtarış proqramları ilə əldə edilən məlumatların oxşarlıq dərəcəsini aşkarlayan müasir antiplagiat proqramları da həmin yardımın bir növüdür.
“Plagiat.pl” şirkətinin Azərbaycandakı filialının icraçı meneceri Səbinə Əliyeva iştirakçılara proqram haqqında məlumat verib. Təlim üzrə koordinator Xəyalə Abdullayeva istifadəçi hesablarının açılması, istifadəçi hesablarında texniki işlərin yerinə yetirilməsi və hesabatların əldə edilməsi, eləcə də istifadəçi məsuliyyəti barədə məlumatlardan söz açıb. Tədbir sual-cavab və müzakirələrlə davam edib.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti “Plagiat.pl” şirkətinin ölkəmizdəki filialı ilə müqavilə bağlayıb. Bununla da bu ali təhsil müəssisəsində tələbələrin diplom işləri, magistr dissertasiyaları, eləcə də elmi işlərin yoxlanılması prosesi tətbiq olunacaq.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar