Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Xanədan” etnoqrafik restoranında Beynəlxalq Kulinariya Günü münasibətilə tədbir və ilk dəfə “Beynəlxalq çay festivalı” keçirdi. Tədbirdə xarici ölkə səfirliklərinin, Milli Kulinariya Assosiasiyasının üzvləri olan şirkətlərin təmsilçiləri iştirak edirdi.

Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov 20 oktyabr - Beynəlxalq Kulinariya Gününün tarixindən danışdı, bu əlamətdar günün dünyada 12-ci, ölkəmizdə isə 9-cu dəfə qeyd olunduğunu bildirdi.
Milli Kulinariya Mərkəzinin fəaliyyəti barədə danışan T.Əmiraslanov qeyd etdi ki, son bir il yaddaqalan hadisələrlə zəngin olub. Çinin Yanti şəhərində keçirilən dünya kulinariya kitabları sərgisində “Azərbaycan mətbəxi” kitabı I yerə layiq görülüb. Kulinarlarımız beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Bir il ərzində 8 qızıl, 8 gümüş, 6 bürünc medal və onlarla diplom qazanılıb.
Tahir Əmiraslanov ölkəmizdə ilk dəfə keçirilən “Beynəlxalq çay festivalı” barədə də danışdı. Bildirdi ki, festivalda Türkiyə, İndoneziya, Özbəkistan, Yaponiya, Çin, İran, Tacikistan və Hindistanın çay süfrələri nümayiş olunur. Çay süfrələri Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək Milli Kulinariya Mərkəzinin Azərbaycan mətbəxinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Bildirdi ki, həm ölkəmizdə keçirilən tədbirlərdə, həm də beynəlxalq səviyyədə kulinarlarımız ölkə mətbəxini layiqincə təbliğ edirlər. O, Beynəlxalq Kulinariya Günü münasibətilə kulinarları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzuladı.
Millət vəkili Qənirə Paşayeva, xarici ölkə səfirliklərinin nümayəndələri çıxış edərək belə tədbirlərin ölkələr arasında dialoqa, anlaşmaya xidmət etdiyini vurğuladılar. Tədbirin yüksək səviyyədə hazırlandığına diqqət çəkərək hər kəsə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Beynəlxalq Kulinariya Günü münasibətilə Milli Kulinariya Assosiasiyasının üzvləri olan şirkətlər və media nümayəndələri diplomla təltif edildilər. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı da var.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar