Ölkəmizin Argentinadakı səfirliyi tərəfindən “Odlar diyarı Azərbaycan: minillik mədəniyyət, müxtəliflik, arxitektura, müasirlik” mövzusunda təqdimat keçirilib. Tədbirdə Azərbaycanın turizm imkanları barədə məlumat verilib.

Səfirlikdən bildiriblər ki, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin təşkilati dəstək verdiyi tədbirə Argentina Turizm Nazirliyinin, ölkənin aparıcı tur operatorlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb.
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Argentinanın La Plata Dövlət Universitetindəki azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi Paulo Botta, argentinalı jurnalist Dieqo Velaskes tədbirdə çıxış ediblər. Çıxışlarda Azərbaycanın zəngin tarixi və mədəni irsi, mədəni müxtəlifliyi, milli mətbəxi, turizm sektorunun inkişafı çərçivəsində həyata keçirilən layihələr, müasir turizm infrastrukturunun yaradılması, xarici turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söz açılıb.
Son illərdə Argentinadan Türkiyəyə turist axının artığı diqqətə çatdırılıb və bu baxımdan Buenos-Ayres-İstanbul-Bakı istiqamətinin argentinalı turistlər üçün maraqlı və cəlbedici tərəfləri barədə məlumat verilib.
Tədbirdə Azərbaycanın turizm sektoru ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli mətbəximiz təqdim edilib, ölkəmizlə bağlı ispan və ingilis dillərində hazırlanmış broşürlər və məlumat kitabçaları iştirakçılara paylanıb.
Tədbirin davamı olaraq Argentinanın aparıcı tur operatorlarından ibarət nümayəndə heyətinin Azərbaycanın turizm potensialı ilə tanış olmaları üçün ölkəmizə səfəri nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar