Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə iştirak edir. Bu məqsədlə 2016-cı ildə ümumilikdə 18 sərgidə iştirak nəzərdə tutulub. O cümlədən 14 sərgidə Azərbaycan turizm təmsilçiləri bilavasitə nazirliyin təşkilatçılığı ilə iştirak edəcəklər. Bu sırada gələn ilin ilk tədbirləri 8-10 yanvarda ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq “The New York Times Travel Show” sərgisi və 28-31 yanvar tarixində İstanbulda keçiriləcək “EMITT East Mediterranean Tourism and Travel Exhibition” sərgisidir.
Bundan əlavə, gələn il nazirliyin həmtəşkilatçılığı ilə 4 sərgidə iştirak nəzərdə tutulub.
Almaniyanın Frankfurt şəhərində keçiriləcək “İMEX” sərgisində (aprel) yalnız Azərbaycan Konqreslər Bürosuna üzv olan şirkət və mehmanxanalar iştirak edə bilər. Sözügedən sərgidə iştirak etmək istəyən şirkətlər bilavasitə Azərbaycan Konqreslər Bürosuna müraciət edə bilər.
“KIHE” (Almatı, may), "İMTEC" (Dubay, okyabr) və “Travel Turkey” (İzmir, dekabr) sərgilərinə isə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinə üzv olan şirkət və mehmanxanalar qatıla bilərlər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar